Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı və rus dilində nəşr edilən “Алимардан бек Топчибашев. Армянский фактор в Бакинских событиях 1905-1906 и 1918 гг. Документы из Парижского архива” (Əlimərdan bəy Topçubaşov. Paris arxivindən sənədlər) kitabı işıq üzü görüb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərin “İraq-Türkiyə poetik əlaqələri” kitabı işıq üzü görüb.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyükelmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zenfira Rüstəmovanın “İraq-türkman ləhcəsinin tədqiqi tarixi və dil xüsusiyyətləri” adlı kitabı işıq üzü görüb. Dörd fəsildən ibarət olan əsər İraqda yaşayan, azərbaycanca danışan, sayı iki milyon yarımı keçən türkman adlanan soydaşlarımızın ləhcəsi – dialekti barədə uğurlu tədqiqatdır.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin tərtibatında və məsul redaktorluğu ilə 4 hissədə çapa hazırlanmış “Azərbaycan” qəzeti”. Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı toplunun 2-ci (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 450 səhifədə ) hissəsi işıq üzü görüb. “Azərbaycan” qəzeti 1945-1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib.