Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

11 Dekabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov ilk dəfə “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib.

Kitaba “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

11 Dekabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı işıq üzü görüb.

Nəsimişünas alimin monoqrafiyasında şairin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli mə­sələlərə münasibət bildirilir, onun irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini gös­tə­rən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənə­nə və fərdiyyət kontekstində dəyərləndirilir. Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və ümu­miy­­yətlə, Nəsimini sevənlər üçün nəzərdə tutulmuşdur.

09 Dekabr 2019

Dekabrın 9-da Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimişünas alim Səadət Şıxıyevanın  "Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər" kitabının təqdimatı keçirildi.

Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Mirzə İbrahimov adına Kitab Fondu" İctimai Birliyinin "Nəsimi yaradıcılığının elmi-nəzəri tədqiqi" layihəsi əsasında çap olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri və kitabın elmi redaktoru Esmira Fuad bildirdi ki, Azərbaycan və Türk dünyasında nəsimişünaslığa öz tövhəsini vermiş Şəadət Şıxıyevanın bu kitabı uzun illər zəhmətinin məhsuludur: "Səadət xanım ömrünü Nəsimiyə həsr edən, hər sözün üstündə əsən dəyərli araşdırmaçıdır. Nəsimi ilində görülən ən böyük işlərdən biri dünya şöhrətli ifaçı  Sami Yusifin Nəsiminin qəzəllərindən ibarət ifa etdiyi kompozisiyası və bir də Səadət xanımın bu kitabıdır. Fikrimcə, Səadət xanım Nəsiminin mənəvi varlığıdır.

04 Dekabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Orta əsr İslam fikrində din və fəlsəfə” monoqrafiyası işıq üzü görüb.

Kitabda orta əsr islam fikrində din-fəlsəfə münasibətləri klassik və müasir mənbələr əsasında kompleks şəkildə öyrənilib, orta əsr islam rasional fikrinin təşəkkülü tarixi, rasional proseslər və din-fəlsəfə münasibətləri, Quranda rasional düşüncə tərzinə, ağıla verilmiş əhəmiyyət, peyğəmbər və səhabələrin yaşadıqları dövrün rasional mənzərəsi, erkən islam dövründə rasional düşüncə tərzinin təşəkkülü və ilk rasional təlimlərin yaranmasında daxili və xarici amillərin rolu, qeyri-fəlsəfi rasional islam fikrində iman-ağıl münasibətləri və bu zəmində ortaya çıxmış ziddiyyətlərin səbəbləri, rasional-dini təlimlərin metodoloji bazasında dinin ehkamlarının yeri, sufilik, “Saflıq qardaşları” və işraqilik təlimlərində iman-ağıl məsələləri, islam fəlsəfəsi – məşşailikdə isə din-fəlsəfə problemi öyrənilib, əlaqələr ideya və konsepsiyalar təhlil olunub.

Download Template Joomla 3.0 free theme.