Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun elmi əməkdaşı Elnur Mustafayev Qarabağ həqiqətlərini dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.
Elnur Mustafayev oktyabr 22-də Əlcəzair Dövlət Radiosuna müsahibə verib. Müsahibədə o, Ermənistanın son təxribatları, Gəncə, Tərtər, Ağdam, Goranboy və s. yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması, hücumlar nəticəsində mülki əhaliyə dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumatları Əlcəzair xalqına çatdırıb. Bununla yanaşı, azərbaycanlı şərqşünas, Qarabağın erməni hərbi qüvvələri tərəfindən işğala məruz qalması, bir milyondan çox insanın öz yurdlarından didərgin düşməsi, işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması, o cümlədən həmin ərazilərdə Azərbaycana məxsus maddi, mədəni və dini abidələrin dağıdılması və digər məsələlər barəsində informasiyaları qeyd edib.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun elmi əməkdaşı Elnur Mustafayev Qarabağ həqiqətlərini dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.
E.Mustafayev oktyabrın 21-də Londonda yerləşən, "al-Arabi" Tv kanalına müsahibə verərək Ermənistan siyasi-hərbi hakimiyyətinin təxribat xarakterli addımları, Azərbaycanın qədim torpaqları olan Qarabağı işğal etməsi, region dövlətlərinə qarşı ərazi iddiaları qaldırmasını qeyd edib. Bununla yanaşı, azərbaycanlı şərqşünas öz müsahibəsində Ermənistanın heç bir hüquqi normalara sığmayan addımları nəticəsində diplomatik danışıqların mahiyyətini itirdiyini, Azərbaycan dövlətinin və şanlı ordusunun işğal olunmuş bütün əraziləri azad etmək qüdrətində olduğunu vurğulayıb. E.Mustafayev məsələnin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olacağını bir daha ərəbdilli izləyicilərə çatdırıb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov Azəraybaycan həqiqətlərini, son günlərdə Qarabağda baş verən hadisələr, ölkəmizin cəbhədən uzaq şəhər və rayonlarında Ermənistan ordusunun törətdikləri hərbi cinayətlər barədə məlumatları dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.
S.Bağırov oktyabrın 21-də İraqın “əl-İtticah” telekanalında Qarabağda son vəziyyətlə bağlı məlumat verib, ordumuzun əks-hücum əməliyyatının BMT-nin 4 qərarına söykəndiyini, son 27 il ərzində beynəlxalq vasitəçilər və Minsk qrupunun bitərəf mövqe sərgiləmədiyini, verilən qərarların həyata keçirilmədiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
- Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı?
- Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
