Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI MİLLİ MƏCLİS TƏRƏFİNDƏN MÜKAFATLANDIRILDI

16 İyul 2021

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Elnur Mustafayev Vətən müharibəsi dövründə  Azərbaycan həqiqətlərinin dünya mediasına çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.

Fəxri Fərmanı Elnur Mustafayevə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri  Adil Əliyev təqdim edib.

Qeyd edək ki, E.Mustafayev Vətən müharibəsi dövründə informasiya mübarizəsi çərçivəsində dünyanın nüfuzlu televiziya kanallarına ərəb dilində 40-dan çox müsahibə verib və Azərbaycanın haqlı mövqeyini əks etdirən onlarla məqalə nəşr etdirib.

Download Template Joomla 3.0 free theme.