Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM ROİDA RZAYEVA TÜRKİYƏDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

31 Mart 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva Türkiyənin İstanbul şəhərində Humanitar, Sosial Elmlər və Menecment tədqiqatları üzrə Beynəlxalq Assosiasiyanın təşkil etdiyi “Təhsil, marketing, sosial və humanitar elmlər” üzrə 41-ci Beynəlxalq İstanbul konfransında iştirak edib.

 

Alim konfransda “Post-müasirlik və media siyasəti kontekstində ideoloji diskurs” adlı məruzə ilə çıxış edib.

Roida Rzayevanın məruzəsi beynəlxalq konfransın ən yaxşı məruzəsi seçilib və sertifikata layiq görülüb.

Roida Rzayeva ideologiyanın çox ölçülü sosio-mədəni hadisə olduğundan və müasir dövrdə cəmiyyətdə bu fenomenin rolunun, yerinin və əhəmiyyətinin yenidən qiymətləndirilməsinə ehtiyac olduğundan bəhs edib. Məruzədə kütləvi media və qloballaşma dövrünün ideologiyaya ənənəvi baxışları dəyişdirdiyi qeyd olunub, çünkü onlar artıq ideoloji forma, üsul və qaydalarda baş verən dəyişiklikləri izah etmək iqtidarında deyil. Hər zaman ideologiyaya ehtiyac olduğu və həyatın ideologiyasız mümkün olmadığı üçün onun bu və ya digər cəmiyyətin reallıqları nəzərə alınaraq formalaşdırılmasının zəruri olduğu vurğulanıb.

Beynəlxalq konfransın materialları nəşr olunub.

Download Template Joomla 3.0 free theme.