Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA NAZİM HİKMƏTƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

06 Aprel 2022

Aprelin 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli türk şairi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva görkəmli şair, nasir, dramaturq Nazim Hikmətin böyük şair olaraq ümumbəşəri ideyalara xidmət etdiyini, yaradıcılığı ilə zalımlara, istismara qarşı çıxış etdiyini bildirib. Nazim Hikmətin türk şeirinə yeni forma, yeni məzmun gətirdiyini deyən akademik G.Baxşəliyeva, türk ədəbiyyatında sərbəst şeirin banisi olan şairin şeirlərinin bədii-estetik xüsusiyyətlərinə görə seçildiyini qeyd edib. Akademik G.Baxşəliyeva Nazim Hikmətin Azərbaycan şairləri ilə sıx əlaqədə olduğunu, dəfələrlə respublikamıza gəldiyini, əsərlərinin dəfələrlə ölkəmizdə çap edildiyini, Şərqşünaslıq İnstitutunda şairin yaradıcılığı ilə bağlı kitabların nəşr edildiyini, dissertasiyanın yazıldığını qeyd edib.

Daha sonra məruzələrə başlanılıb. İnstitutun Türk filologiyası şöbəsinin müdiri, f.ü.f.d. dos. Səriyyə Gündoğdunun “Anadan olmasının 120 illiyində Nazim Hikmətin anılması” adlı məruzəsində şairin həyat və yaradıcılıq yoluna dərin nəzər salınıb. S.Gündoğdu türk ədəbiyyatının böyük şairi Nazim Hikmətin 61 illik ömrünə sığdırdıqları ilə tarixdə iz buraxdığını, həyatında qarşılaşdığı çətinliklərə baxmayaraq heç vaxt inandığı doğrular uğrunda mübarizədən geri çəkilmədiyini qeyd edib.  Bildirib ki, Nazim Hikmət şairlik istedadı ilə türk poeziyasına yenilik gətirmiş, orijinal şeir ifadəsi, ritmi, musiqisi, yeni quruluşu və mövzuları ilə türk poeziyasında yeni bir dövr, yeni bir cığır açmışdır. Şair dövrün ideallarını əks etdirən şeirləri ilə həmin ideallara dərindən bağlı olanlarda və ya onlara rəğbət bəsləyənlərdə həyəcan yaradırdı. O, türk dilinin zəngin səs sistemindən və səs ahəngindən istifadə edərək türk poeziyasına sərbəst şeiri gətirmiş, hecalarda vəzni sındırmaqla ənənəvi qafiyə anlayışını dəyişdirmiş, xalq dilini şeirə daxil edərək zənginləşdirmişdir.

Daha sonra institutun Türk filologiyası şöbəsinin əməkdaşlarından f.ü.f.d., dos. Rəşid Quliyev “Nazim Hikmət lirikasında Azərbaycan mövzusu”, f.ü.f.d., dos. Barat Osmanova “Maairf və mədəniyyət” jurnalı və Nazim Hikmət”, Arzu Dadaşova “Türk lirik şeirində Nazim Hikmətin yeri” mövzusunda məruzə ediblər.

Download Template Joomla 3.0 free theme.