Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Yaxşıxanım Nəsirova 11-13 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində onlayn formatda keçirilən «3 qitədə Osmanlı imperatorluğu araşdırmaları» 2-ci beynəlxalq konfransında iştirak edib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 2-5 fevral tarixlərində Misirin paytaxtı Qahirədə keçirilən V Beynəlxalq Afrika Elm, Texnologiya və Sosial Elmlərdə Cari Tədqiqatlar Konfransında iştirak edib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 2 Fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun icraçı direktoru, f.ü.f.d. Ruhəngiz Cümşüdlü 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsini gəncliyə göstərilən diqqət və qayğının bir nümunəsi olduğunu bildirib və qeyd edib ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə xüsusi diqqət yetirir.
