Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMLƏR BEYNƏLXALQ TÜRKOLOJİ KONQRESDƏ MƏRUZƏ EDİBLƏR

18 May 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun altı əməkdaşı mayın 16-18-də Türkiyənin Karabük Universiteti, Qazaxıstanın Əhməd Yəsəvi Universiteti, Özbəkistan Dövlət Şərqşünaslıq Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda keçirilən "Axtarışlar və istiqamətlər" adlı 1-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib.

Konqresdə Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü “Füzuli şeirində insan camalının təsviri ilə bağlı hürufi obrazları (şairin ərəbcə şeirləri əsasında)”, İnstitutun Nəşriyyat və elmi informasiya şöbəsinin elmi əməkdaşlarından Aygül Mirzəyeva “Türk və qaqauz dillərində onomastik vahidlərin linqvokulturoloji xüsusiyyətləri”, Faidə Omarova “Qıpçaq qrupu türk dillərində kök söz yuvalarının araşdırılması tarixi”, Türk filologiyası şöbəsinin elmi işçilərindən Xanim Abdullayeva "Ara nəsil ədəbiyyatında üslub məsələləri",  Arzu Dadaşova "Tarixi romanın təşəkkülü və Namiq Kamal" və Şərq-Qərb şöbəsinin elmi işçisi Ülkər Səmədova “Qərb təsirindəki bir ədəbiyyatın Azərbaycanda araşdırılması” mövzularında məruzə ediblər.

Download Template Joomla 3.0 free theme.