Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Fevral 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Abdullah Hatifinin “Həft mənzər” əsərinin Azərbaycan dilinə filoloji və nəzmlə tərcüməsi çapdan çıxıb.

Əsəri dilimizə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filoloji tərcümə edib, eyni zamanda əlyazmanı köçürərək, ön söz və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir.

03 Fevral 2022

Yanvarın 31-də AMEA-nın Milli  Azərbaycan Tarixi Muzeyində baş tutmuş "I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və  dövlətçilik dəyərləri  sistemində" kitabının təqdimat mərasimindən sonra kitabın redaktoru, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi təqdimat mərasimi və kitabın özü barədə öz fikirlərini bölüşüb.

03 Fevral 2022

Yanvarın 31-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin redaktorluğu ilə nəşrə hazırlanmış və “Rəsulzadə ev muzeyi” İctimai Qrupu tərəfindən nəşr edilmiş "I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və  dövlətçilik dəyərləri  sistemində" kitabının təqdimat mərasimi keçirilib.

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümü münasibətilə "M.Ə.Rəsulzadə ev-muzeyi" İctimai Qrupunun və  AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimi AMEA-nın Milli  Azərbaycan Tarixi Muzeyində baş tutub. 

02 Fevral 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 28-29 yanvar tarixlərində İspaniyanın Valensiya şəhərində keçirilən V Beynəlxalq Avropa Disiplinlərarası Araşdırmalar Konfransında iştirak edib.

X.Ələkbərova konfransda “Ərəb ədəbiyyatında mühacirlər mövzusunu yaradan amillər”  mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dünyada qloballaşan miqrasiya problemi, bunu doğuran səbəblərə toxunulub. Ərəb Şərqindən mühacir axınını şərtləndirən amillərin təhlilini də ehtiva edən çıxış maraqla dinlənilib.

Download Template Joomla 3.0 free theme.