Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AZƏRBAYCAN VƏ QAZAXISTANIN ŞƏRQŞÜNASLIQ İNSTİTUTLARI ARASINDA MEMORANDUM İMZALANIB

18 May 2022

Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan və baş elmi işçisi, iqtisadiyyat elmləri doktoru, dosent Dina Aytjanova mayın 11-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.



Qazaxıstanlı alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Görüşdə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva qazaxıstanlı şərqşünasları institutun kollektivinə təqdim edib. İki qardaş ölkə arasında münasibətlərin möhkəm təmələ bağlı olduğunu bildirən akademik G.Baxşəliyeva, elmi əlaqələrin də möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. İki ölkənin Şərqşünaslıq institutları  arasında imzalanacaq memorandumun bu sahədə elmi əməkdaşlığın əsasını qoyacağını deyən G.Baxşəliyeva bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Görüşdə AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanmadan sonra çıxış edən Duysen Qalımjan təmsil etdiyi institut barədə görüş iştirakçılarına məlumat verib. O, Qazaxıstan Şərqşünaslıq İnstitutunda 5 elmi tədqiqat şöbəsində 50 elmi işçinin, o cümlədən 12 elmlər doktoru və 25 elmlər namizədinin çalışdığını, son illərdə institutda 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib.

Qazaxıstan Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Dina Aytjanova imzalanan memorandumun əhəmiyyətindən danışaraq, Qazaxıstan və Azərbaycan şərqşünaslarının birgə layihələrdə çalışaraq hər iki ölkənin elminə əhəmiyyətli töhfə verəcəyinə ümidini bildirib.

Daha sonra qazaxıstanlı şərqşünaslar azərbaycanlı həmkarlarının suallarını cavablandırıblar.

Download Template Joomla 3.0 free theme.