Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Böyük güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarına köçürülmüş ermənilər Azərbaycan xalqına qarşı dəfələrlə deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilmiş deportasiya, kütləvi qırğın, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və soyqırımı çox dəhşətli olub. Sovet dövründə azərbaycanlıların Ermənistandan köçürülməsi planlı və düşünülmüş şəkildə davam etdirilib. Bu proses xüsusilə İkinci Dünya müharibəsindən sonra güclənib və SSRİ-nin süqutuna qədər daimi tendensiya olaraq həyata keçirilib.
Dekabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Şuşa – İslam mədəniyyətinin paytaxtı" mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü bildirib ki, Qətərin paytaxtı Doha şəhərində ötən il keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. R.Cümşüdlü bununla bağlı AMEA-da, o cümlədən Şərqşünaslıq İnstitutunda bir sıra tədbirlərin həyata keçirildiyini, nəşrlərin işıq üzü gördüyünü qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov açıb. O, sözügedən kitabın nəşr olunmasının 30 illik işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandallıq aktlarının, o cümlədən dağıdılmış, təhqir və ya təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prorektor Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin yeni baxış bucağı və reallıqlar əsasında tədqiq edilməsinin tariximizin öyrənilməsi baxımından önəmliyni diqqətə çatdırıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə həmin ölkənin Elmlər Akademiyası, Jusup Balasaqın adına Qırğızıstan Milli Universiteti və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkil etdiyi “MDB-də rərəmsal transformasiya dövründə rus dili” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.