Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

21 Yanvar 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədovun 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə politikaakademisi.org saytlnda ingilis dilində yayımlanıb.

“The January 20 Tragedy in Azerbaijan” (“Azərbaycanda 20 Yanvar faciəsi”) adlı məqalədə 20 Yanvarın Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış qanlı faciənin tarixi olduğu qeyd edilir və həmin gecə baş vermiş faciəvi hadisələr barədə məlumat verilir.

17 Yanvar 2025

Yanvarın 17-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı "Qəhrəmanlıq mübarizəmizin silinməz səhifəsi – 20 Yanvar" adlı tədbir keçirilib.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib: “Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar.

15 Yanvar 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu beynəlxalq əlaqələr müstəvisini daha da genişləndirir. Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyənin Qars vilayətinə səfəri zamanı Qafqaz Universitetinin Şərq dilləri və ədəbiyyatları fakültəsində mühazirə ilə çıxış edib. Fakültənin Ərəb dili və ədəbiyyatı kafedrasının müdir müavini azərbaycanlı şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru Coşğun Zəkinin təşəbbüsü ilə təşkil edilən mühazirədən sonra müəllim-tələbə heyəti ilə görüş keçirilib. Görüşdə son illər Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatlar, əldə olunan mühüm elmi nailiyyətlər, elmi müəssisənin müasir dünya şərqşünaslığına verdiyi tövhələr, elmi nəşrlər barədə məlumat verilib.

14 Yanvar 2025

Yenicə qədəm qoyduğumuz 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiyasının 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın çoxsaylı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbənin 5 illiyidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunub.

Download Template Joomla 3.0 free theme.