Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu qərarı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün böyük fürsət və imkanlar kimi də dəyərləndirmək mümkündür. Başqa sözlə desək, Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi tərəfindən elmi fəaliyyəti ilə “Türk elm dünyasına” verdiyi töhfələrə görə “Ziya Göyalp” mükafatı ilə təltif olunub.
2024-cü ildə Ziya Göyalpın vəfatının 100 illiyinə həsr edilmiş “Ziya Göyalp” mükafatı təhsil və sosial elmlər sahəsində fəaliyyət göstərən, yaradan və elmə töhfə verən alimlərin fəaliyyətlərini qiymətləndirmək məqsədi ilə verilir.
Azərbayanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı işıq üzü görüb.
Jurnalın yeni sayı dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Din Xadimlərinin Forumunun “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” başlıqlı panelində məruzə ilə çıxış edib.