Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələrinə dair dəyərli tədqiqatların aparıldığı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 2025-ci ili yüksək elmi göstəricilərlə başa vurub.
İl ərzində qeyd edilən istiqamətdə 5 problem çərçivəsində 111 elmi-tədqiqat işinin yekunlaşdığı Şərqşünaslıq İnstitutu çap olunan kitab və məqalələrin sayına görə də yüksək nəticə əldə edib, beynəlxalq əlaqələrini genişləndirib, çoxsaylı konfranslar, elmi sessiyalar, seminarlar təşkil edib.
Artıq iki ildən çoxdur ki, Qarabağın, ələlxüsus Şuşa şəhərinin maddi-mədəni irsi ilə bağlı bir çox abidələrdəki ərəb-fars və əski əlifba ilə Azərbaycan dillərində yazılmış mətnləri ardıcıl şəkildə tədqiq edirəm. Qədim yazılı abidələrlə zəngin olan Şuşa şəhərinin daş kitabələrində Azərbaycan tarixi, mədəniyyəti və ictimai-siyasi hadisələri ilə bağlı olduqca maraqlı və vacib faktoloji məlumatlar var.
Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev söyləyib.
XX yüzillikdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən
biri kimi tarixə düşmüş, o cümlədən türk xalqlarının mədəni inteqrasiyasında yeni
mərhələnin təməlini qoymuş I Türkoloji Qurultay 1926-cı ilin 26 fevral – 6 mart
tarixlərində Bakı şəhərində keçirilmişdir.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müasir şərqşünaslığın inkişaf yolları” adlı kitab çapdan çıxıb. Kitab AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın 70 illik yubileyinə həsr olunub.
Kitabda akademik Gövhər Baxşəliyevaya, onun elmi yaradıcılığına həsr olunmuş 8, şərqşünaslıq elminin müxtəlif sahələrinə aid 43 məqalə yer alır.
