Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Yanvar 2026

İşğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinə məruz qalmış tarixi abidələrimizdən biri də Füzuli rayonunun Merdinli kəndində yerləşən məsciddir. Məscid işğal dövründə böyük dağıntılara və təhqirlərə məruz qalıb. Sevindirici hal ondan ibarətdir ki, ibadət ocağının bəzi hissələri və üzərində ərəbcə yazılmış kitabəsi dövrümüzə gəlib çatıb.

Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev söyləyib.

03 Yanvar 2026

Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olub və Abdal işğaldan azad edilib. İşğal dövründə kənd sistemli vandalizmə məruz qalıb, sakinlərə məxsus bütün yaşayış evləri, eləcə də tarixi-memarlıq abidələri tamamilə dağıdılıb.

23 Dekabr 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya ürə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu dekabrın 21-də Almaniyanın Duisburq şəhərində Avropada yaşayan Türkiyə əslli şair və yazıçıların iştirakı ilə keçirilən "KU-Lİ Ədəbiyyat Buluşması" adlı beynəlxalq əhəmiyyətli görüşdə iştirak edib. Görüşdə mühacir ədəbiyyatının dünəni, bu gününü və gələcək problemləri müzakirə edilib.

22 Dekabr 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu Almaniyanın Köln şəhərindəki Yunus Əmrə İnstitutunda keçirilən "Türk dilinin tədrisi və türk mədəniyyətinin mədəniyyətlərarası ünsiyyətdə yeri" mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Download Template Joomla 3.0 free theme.