Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müasir şərqşünaslığın inkişaf yolları” adlı kitab çapdan çıxıb. Kitab AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın 70 illik yubileyinə həsr olunub.
Kitabda akademik Gövhər Baxşəliyevaya, onun elmi yaradıcılığına həsr olunmuş 8, şərqşünaslıq elminin müxtəlif sahələrinə aid 43 məqalə yer alır.
İşğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinə məruz qalmış tarixi abidələrimizdən biri də Füzuli rayonunun Merdinli kəndində yerləşən məsciddir. Məscid işğal dövründə böyük dağıntılara və təhqirlərə məruz qalıb. Sevindirici hal ondan ibarətdir ki, ibadət ocağının bəzi hissələri və üzərində ərəbcə yazılmış kitabəsi dövrümüzə gəlib çatıb.
Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev söyləyib.
Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olub və Abdal işğaldan azad edilib. İşğal dövründə kənd sistemli vandalizmə məruz qalıb, sakinlərə məxsus bütün yaşayış evləri, eləcə də tarixi-memarlıq abidələri tamamilə dağıdılıb.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya ürə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu dekabrın 21-də Almaniyanın Duisburq şəhərində Avropada yaşayan Türkiyə əslli şair və yazıçıların iştirakı ilə keçirilən "KU-Lİ Ədəbiyyat Buluşması" adlı beynəlxalq əhəmiyyətli görüşdə iştirak edib. Görüşdə mühacir ədəbiyyatının dünəni, bu gününü və gələcək problemləri müzakirə edilib.
