Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

20 Noyabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean region ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva 7-14 noyabr 2025-ci il tarixində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəvəti ilə bir qrup Azərbaycan nümayəndələri ilə birgə Pekin və Çendu şəhərlərində səfərdə olub.

19 Noyabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli 27–31 oktyabr 2025-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Научное изучение и освоение России и сопредельных территорий (к 100-летию образования Академии наук СССР). XLVI Международная годичная научная конференция” adlı beynəlxalq konfransda iştirak edib. M.Seyidbəyli konfransda “Sovet dövründə Azərbaycanda akademik şərqşünaslığın formalaşması” mövzusunda məruzə ilə çıxış edib.

19 Noyabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Roida Rzayeva Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” adlı xüsusi proqramı müvəffəqiyyətlə tamamlayaraq Harvard Universitetinin sertifikatını alıb.

Proqram dəyişən dünyada lider olmaq üçün strategiyaları tədris edir, mürəkkəb təşkilati sistemlərə yanaşmağın yeni yollarını öyrədir. Eyni zamanda proqram liderlik problemlərinin həlli yolları, qərar qəbul etmə prosesi haqda bilikləri, dəyişən dünyada ayaqda qalmaq və inkişaf etmək üçün nə etməli, şəxsi strategiyaları necə inkişaf etdirməli suallarını cavablandırmaq və s. üçün bilik və səriştələri ehtiva edir.

14 Noyabr 2025

Noyabrın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda baxılan ilk məsələ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqinin qarşıya qoyduğu vəzifələrlə bağlı olub.

Download Template Joomla 3.0 free theme.