Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
FD 1.18 Dissertasiya şurasında Aynur Mətləb qızı Səfərlinin müdafiəsi keçiriləcək
05 may 2022-ci il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – Türk xalqları ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
Aprelin 25-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının açılışı olub.
“Şuşa bizim üçün mənəvi, ideoloji baxımdan müqəddəs bir yerdir. 44 günlük müharibədə qazandığımız qələbədə Şuşanın azad olunması, digər torpaqlarımızın azadlığı bizə çox böyük ruh yüksəkliyi, mənəvi güc verdi. Bu birmənalıdır. Bunu hər bir azərbaycanlı- istər ölkə daxilində, istərsə də xaricdə yaşayan azərbaycanlılar - hər kəs fəxr hissi ilə qeyd edir. Qurultayın da belə bir məkanda -Şuşada keçirilməsi Azərbaycan diasporaları üçün həm mənəvi, siyasi, həm də ideoloji baxımdan önəmlidir”.
"2001-ci il ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçirilən Dünya Azərbaycanlılarının qurultayı dünya azərbaycanlılarının dünyada formalaşması, təşkilatlanması, eyni zamanda, bir təşkilat altında birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan dövlətinin dünyada tanınması və Azərbaycan dövlətinin özünün xarici siyasətində dünyada yaşayan azərbaycanlılarla iş prinsipinin qurulması baxımından da önəmli olmuşdur".
