Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuşdur. Müasir dövrdə isə bu ənənələr milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.
Hazırkı konfransın Azərbaycanın mədəniyyət beşiklərindən biri olan Qarabağda tolerantlıq və muktikulturalizm ənənələrinə həsr olunduğunu deyən akademik G.Baxşəliyeva Prezident İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında 7 may 2021-ci il və Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli sərəncamlarını xatırladaraq, bununla əlaqədar institutda elmi tədbirlərin keçirildiyini, kitabların nəşr olunduğunu, elmi tədqiqat işlərinin apardığını bildirib.
Daha sonra konfransda məruzələrə başlanılıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov “Qarabağ bölgəsində tolerantlıq mühiti və ermənilərin Azərbaycana qarşı vandallıq siyasəti” mövzusunda məruzəsində xalqımızın tolerant olması ilə bağlı tarixi faktları misal gətirib. Müxtəlif tarixi dövrlərə aid faktlardan danışan məruzəçi Azərbaycanın tolerantlığının dünyaya bir nümunə olduğunu qeyd edib. Bununla yanaşı Qarabağda yaşayan ermənilərin intolerant olması ilə bağlı fikirlər səsləndirilib.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova “Qarabağ – dini-mədəni müxtəlifliyin tarixi nümunəsi kimi” mövzusunda məruzəsində ən qədim sivilizasiyaların mərkəzlərindən biri olan Qarabağın ərazisinin bütün tarixi mərhələləri əhatə edən dini, mədəni abidələrlə zəngin olmasını bildirib. Məruzəçi Qarabağ ərazisində müxtəlif dinlərin mövcudluğu və bu amilin ictimai, dini, mədəni həyata təsirindən danışıb.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “Qarabağ xanlığında dini-mədəni birgəyaşayış təcrübəsi” mövzusunda məruzəsində Qarabağ xanlığında siyasi, dini, mədəni və ictimai müstəvidə özünü doğruldan konkret presedentlər və konyuktura ilə müşayiət edilən birgəyaşayış təcrübəsindən söz açıb. Məruzəçi qeyd edib ki, belə birgəyaşayış təcrübəsini Qarabağ sayağı mozaika və yaxud Qarabağ modeli adlandırmaq mümkündür.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri vəzifəsini icra edən fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Azərbaycan multikulturalizm və tolerantlığının qaynaqları: qarabağlı mütəfəkkirlərin elmi-fəlsəfi və ictimai-publisistik düşüncələri əsasında” mövzusunda məruzəsində multikulturalizm və tolerantlıq ifadələrinin etimoloji təhlilini aparıb, tolerantlıq ideyalarının inkişaf mərhələlərini diqqətə çatdırıb. Məruzədə qarabağlı görkəmli mütəfəkkir və alimlərdən Muhyiddin Məhəmməd Qarabaği, Məhəmməd Vəli Qarabaği, Seyid Həmzə Nigari, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli və digərlərinin yaradıcılıqlarında tolerant və multikultural dəyərlərin təcəssümündən bəhs edilib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda “Qarabağda tolerantlıq və muktikulturalizm ənənələri” mövzusunda elmi konfrans keçirilib
Dekabrın 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qarabağda tolerantlıq və muktikulturalizm ənənələri (Azərbaycan modeli əsasında)” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, tarixən və müasir dövrdə Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan kimi əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır.