Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Misir Ərəb Respublikasında səfəri çərçivəsində martın 19-da İxtisaslaşdırılmış Ərəb Qadınları Birliyində (USAW) keçirilən konfransda iştirak edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) Novruz bayramı münasibətilə Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimlərini ölkələr arasında dostluq, əməkdaşlıq, mədəniyyət, humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi, xalq diplomatiyasının inkişafı yolundakı xidmətlərinə görə mükafata layiq görüb.
Misir-Azərbaycan Dostluq Cəmiyyətində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Misir ictimaiyyətinin nümayəndələri, tələbələr və diaspor üzvlərinin iştirak etdiyi bayram tədbiri hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
İraq Ərəb Respublikasında Azərbaycan mədəniyyəti və ictimai-siyasi hadisələri ilə bağlı nəşr olunan “Sadaqa” (“Dostluq”) qəzetinin sonuncu sayında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin birgə təşkilatçılığı ilə martın 3-də keçirilmiş “Azərbaycan ədəbiyyatında mütaliə - şair Füzuli əl-Bağdadi nümunəsində” adlı beynəlxalq konfrans haqqında irihəcmli məqalə nəşr olunub.
