Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Azərbaycan şərqşünaslıq elminə ağır itki üz verib. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bije ömrünün 90-cı ilində dünyasını dəyişib.
05 may 2022-ci il saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – Türk xalqları ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
Aprelin 27-də AMEA-nın Əsas binasında keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim olunub.
Fəxri fərmanla təltif edilənlər arasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə də var.
