Şərqşünaslıq İnstitutunun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev tədbirin planını, keçirilmə məqsədini, Mülki Müdafiə qüvvələrinin vəzifələrini iştirakçılara çatdırıb.
Tədbirdə institutdakı hərbləşməmiş manqaların üzvlərinin vəzifə bilikləri yoxlanılıb, Gülşən Həmidli ilkin tibbi yardım, Gülnisə Usubova rabitə vasitələri, Dilbər Hüseynli fərdi mühafizə vasitələrinin paylanması barədə danışıblar.
İnstitut əməkdaşlarından Ceyhun Mürşüdzadə bu günlərdə Türkiyədə baş vermiş zəlzələnin nəticələrindən və aparılan xilasetmə işlərindən danışıb..
