Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, institutun Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin ərəb dilində yazdığı "20 Yanvar... Müstəqilliyə gedən yol" adlı məqaləsi Mərakeş Krallığının "Sout əl-muvatin" və Misir Ərəb Respublikasının "Bəvvabətus-Səfir" xəbər agentliklərində dərc edilib.
Yanvarın 18-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib: “Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.
Jurnalın ilk bölümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycan diplomatiyası və Şərq ölkələri ilə münasibətlərə, eləcə də Azərbaycanın iqtisadi inkişafına dair məqalələr təqdim edilir.
Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları, aidiyyəti şəxslər, ali təhsil müəssisələrinin və KİV-in nümayəndələri iştirak ediblər.
