Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun "Azərbaycanda 20 Yanvar faciəsi" adlı məqaləsi Pakistanda nəşr olunan "The Daily Spokesman" qəzetində və bu ölkənin "Sabah news" saytında" dərc olunub.
Qədim dövlətçilik ənənələri, yeraltı və yerüstü sərvətləri, milli-mənəvi dəyərləri, ictimai-siyasi və mədəni xadimləri ilə dünyada məşhur olan Azərbaycan dövləti və xalqı qədimdən günümüzə kimi həmişə azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmışdır. Lakin XX əsrin əvvəllərində azərbaycanlıların ermənilər və onları dəstəkləyən regional və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrıseçkilik siyasəti etmiş, torpaqlarımız işğal edilmiş, Azərbaycan xalqı tarixi Azərbaycan torpaqlarından köçürülmüş, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Belə qanlı faciələrdən biri də - Azərbaycan xalqının tarixinə düşmüş “20 Yanvar” faciəsidir.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Özbəkistan və Türkiyə saytlarında 1990-cı ilin 20 Yanvar faciəsindən yazıb. Şərqşünas alimin məqalələri Özbəkistanın human.uz saytında və Türkiyədən yayımlanan kriminsesigazetesi.com saytında dərc edilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda konfransda iştirak edib.
Konfransda həmçinin Baş İdarənin rəisi Raqif Abbasov, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli və gənclər iştirak ediblər.
