Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İran İslam Respublikasının dini-siyasi rəhbərliyinin ölkəni zamanı keçmiş üsullarla idarə etməsi, sosial ədalət prinsiplərini və zəruri islahatları yaxına buraxmaması, nəhayət, geniş kütlənin, eləcə də milli hüquqları pozulmuş xalqların ciddi etirazları və davamlı dirənişi ilə üzləşib. Hakim dairələr çoxluğun haqlı tələblərini dinləyb cavablandırmaq əvəzinə, sərt cəza tədbirlərinə əl atır, təbliğatda isə iğtişaşların səbəbini xarici düşmənlərin xalqı yoldan çıxarmağa çalışmasında axtarır.
Dekabrın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Müasir Azərbaycan dövlətinin banisi və qurucusu” mövzusunda elmi sessiya keçirilib.
Tədbirin əvvəlində Şərqşünaslıq İnstitutunun əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
22 dekabr 2022 ci il saat 14.00 da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 şurasının nəzdində yaradılmış BFD 1.18 Birdəfəlik Dissertasiya şurasın iclasında 5713.01 – Sami dilləri ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
XIX əsrin əvvəllərində tarixi Azərbaycan ərazisini 2 yerə bölmüş Rusiya işğalından sonra Arazın bu tayında dövlətçiliyini itirmiş xalqımız milli-mənəvi varlığını qorumaq, bəşəri tərəqqi ilə ayaqlaşmaq və süverenliyini bərpa etmək üçün davamlı mübarizə aparmışdır. Milli oyanış və maarifçilik, demokratik hərəkat və istiqlal mücadiləsi kimi prosesləri əhatə edən bu savaşda toparlayıcı platforma olaraq yaranmış azərbaycançılıq dünyabaxışı XX əsrin son onilliyində dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının milli ideologiyası səviyyəsinə yüksəlmişdir.
