Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Mayın 22-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik G.B.Baxşəliyevanın rəhbərliyi altında Təhsil şöbəsinin müdiri f.ü.f.d. dos., L.M.Bayramovanın təşkilatçılığı ilə "İran dilləri", "Sami dilləri", " Ümumi tarix" ixtisasları üzrə minimum ixtisas imtahanları keçirilib.
Şəki şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi və görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın doğum gününə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Tədbirdə ADPU-nun müəllim və professor heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Avrasiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Qərb Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları, elmi mütəxəssislər, ictimai xadim və ziyalılar da iştirak ediblər. Tədbirdən öncə Konfrans iştirakçıları, qonaqlar və rayon ictimaiyyəti tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzülüb və xatirə şəkli çəkilib.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 8 may tarixində Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə keçirilən 2023-cü il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik ildönümünə həsr olunmuş “Qızıl örnək” adlı tədbirdə iştirak edib.
Aprelin 28-dən mayın 10-dəkŞərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə keçirilən və institutun qadın əməkdaşlarının əl işlərindən ibarət "Zərifliyə ithafən" adlı sərginin bağlanış tədbiri olub.
