Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın ingilis və fars dillərində “Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabları işıq üzü görüb.
G.Baxşəliyeva bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazdığı və 2021-ci ildə rus dilində nəşr etdirdiyi “Этническая идентичность Низами Гянджеви” kitabını əsl həqiqətləri daha geniş ictimaiyyətə, o cümlədən təhriflərə yol verənlərə və onların mənbələrinə əsaslananlara çatdırmaq məqsədilə bu dəfə ingilis və fars dillərinə tərcümədə nəşr etdirib.
Türkiyədə baş verən dəhşətli zəlzələ və hər gün artmaqda olan çoxsaylı insan tələfatı barədə xəbərlər hər birimizi çox sarsıtdı. Bu acı tək Türkiyənin deyil, bütün türk dünyasının, o cümlədən Azərbaycanın acısıdır. On minlərlə, bəlkə də, 100 minlərlə insan, uşaq, böyük, qoca dağıntılar altında qalıb. Dəhşətli insanlıq faciəsi baş verib. Bu şəraitdə hər kəsi ilk düşündürən zərərşəkənlərə necə və nə ilə kömək etməkdir. Bu, beynəlxalq təşkilatlar, ölkələr, xalqlar, icmalar və ayrı-ayrı insanlar səviyyəsində gerçəkləşdirilir.
Çar Rusiyanın və digər dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər. 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan onların hərtərəfli himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə dəfələrlə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirib.
