Hesabatda 2023-cü ildə institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.
Hesabatda ilk olaraq Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb. Bu sırada “Heydər Əliyev İli” çərşivəsində Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransın, “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik konfransının, silsilə seminarların, sessiyaların, tədbirlərin keçirildiyi, “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusunun, Beynəlxalq Elmi Konfransın tezislərinin, “Unudulmaz lider” adlı kitabın çap olunduğu qeyd olunub.
Daha sonra hesabat ilində institut əməkdaşlarının elmi-tədqiqat işləri barədə məlumat verilib. Qeyd edilib ki, elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Plan üzrə icra olunan 111 elmi-tədqiqat işindən 51 iş başa çatıb, qalan işlərin 2023-cü il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.
İl ərzində İnstitutda 26 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, daha 13 kitab çapdadır. İnstitut əməkdaşlarının 450-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 72 elmi məqalə xaricdə (Türkiyə, İran İslam Respublikası, Rusiya Federasiyası, Ukrayna, Almaniya, ABŞ, İrlandiya, İsveç, İsveçrə, Pakistan, Özbəkistan, Qazaxıstan, İraq, Misir, Tunis, və s.) nəşr edilib.
İnstitut əməkdaşları 74 dəfə xaricdə (Türkiyə, İsveç, İsveçrə, Almaniya, Avstrya, Hollandiya, ABŞ, Britaniya, Brazilya, Çexiya, Fransa,Yaponiya, Polşa, Estoniya, İrlandiya, Ukrayna, Rusiya Federasiyası, Tatarıstan, Pakistan, Misir, Tunis, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, və s.) və 236 dəfə Azərbaycanda keçirilən cəmi 310 beynəlxalq elmi konfransda məruzə ediblər.
Hesabatda 2023-cü ildə institutda xarici ölkələrin səfirləri, elm və dövlət nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, institutda kadr hazırlığı, elektron elmin vəziyyəti və digər məsələlər barədə də məlumat verilib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən akademik Nərgiz Axundova çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2023-cü ildəki fəaliyyətini müsbət qiymətləndirib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun illik hesabat iclası keçirilib
2023-cü il dekabrın 8-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva institutun 2023-cü ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.