Mühazirəni giriş sözü ilə açan İnstitutun İran filologiyası şöbəsinin müdiri, fil.ü.f.d., dos. Günay Verdiyeva tələbələri salamlayıb və onlara istehsalat təcrübəsi ilə bağlı məlumat verib. Daha sonra İnstitutun direktor müavini, fil.ü.f.d.,dos. Rühəngiz Cümşüdlü İnstitutda tələbələrin istehsalat təcrübəsi üçün yaradılan şərait, gələcəkdə elmə marağın yaranması istiqamətində əhəmiyyətli məlumatları tələbələrin diqqətinə çatdırıb. Təhsil şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Lalə Bayramova və təhsil şöbəsinin əməkdaşı Əzizə İsmayılova tələbələrin davamiyyətli və məsuliyyətli olmaları, eyni zamanda gələcəkdə peşəkar kadr kimi formalaşmaqları üçün öz məsləhətlərini veriblər.
Mühazirə zamanı gənc tədqiqatçı Nazim Mənsimov ilk öncə İnstitutda tələbələr üçün yaradılan şəraitin əhəmiyyətindən söz açıb. Tələbələrin dil bacarıqlarını inkişaf etdirmək məqsədilə tərcümə məqalələrindən istifadə etməklə təcrübə dərsinə başlayan mühazirəçi, daha sonra mühazirəni peşəkar tərcüməçi üçün vacib olan xüsusiyyətlər mövzusu ilə davam etdirib. Sonda tələbələri media tərcüməsi və onun xüsusiyyətləri ilə tanış edən məruzəçi tələbələrə uğurlar arzulamaqla mühazirəni tamamlayıb.