Professor Salimaxon Mirzayeva və Qayratbek Xolbotayev öz elmi tədqiqatları və Əndican Dövlət Universitetində aparılan tədris prosesi barədə məlumat veriblər və təmsil etdikləri ali təhsil müəssisəsi ilə Şərqşünaslıq İnstitutu arasında elmi əlaqələrin, təcrübə mübadiləsinin qurulmasına dair istəklərini ifadə ediblər. Özbəkistanlı alimlər bir gün öncə AMEA-da qatıldıqları “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransda iştırakdan məmnunluqlarını bildiriblər.
Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədova və Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva öz tədqiqatları və şöbələrində aparılan araşdırmalar barədə məlumat veriblər. Professor Lalə Əhmədova qonaqlara Şərqşünaslıq İnstitutunda Özbəkistanla bağlı nəşr olunmuş kitabları hədiyyə edib.