Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

27 Yanvar 2022

Yanvarın 28-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Yəhudi dininin Müqəddəs Kitabı “Tanax”ın ikinci hissəsi olan «Peyğəmbərlər» kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçiriləcək.

          AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki akt zalında keçiriləcək tədbir saat 12:00-da başlanacaq

27 Yanvar 2022

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Eyni zamanda, AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə akademik Gövhər Baxşəliyevaya AMEA-nın vitse-prezidenti vəzifəsinin icrası tapşırılıb.

 

 
 
 
27 Yanvar 2022

Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti şəxslər iştirak ediblər.

27 Yanvar 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayı əsasən şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinə həsr olunub. “Zəfər” rubrikasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı, Şərqşünaslıq İnstitutunda Zəfər Günü ilə bağlı, həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumat təqdim edilir. Rubrikada akademik Gövhər Baxşəliyevanın “Azərbaycan Respublikasının Şərq siyasəti”, elmlər doktorları Solmaz Rüstəmova-Tohidinin “Böyük Qələbəyə tarixi baxış”, Dünyamalı Vəliyevin “Qalib Azərbaycan inkişaf etmiş cəmiyyət mərhələsində: nailiyyətlər, problemlər, perspektivlər”, fəlsəfə doktorları Səməd Bayramzadənin “Tarixi Zəfərin qazanılmasında Azərbaycan diplomatiyasının rolu”, Məmmədəli Babaşlının “Azərbaycanın tarixi Zəfərində elm və təhsil amilinin rolu”, Namiq Məmmədovun “Şanlı Zəfərin möhkəm təməli: müstəqil Azərbaycanın iqtisadi inkişafı və uğurları”, həmçinin Pərviz Ağayevin “Müstəqillik illərində hərbi quruculuq və müzəffər Azərbaycan ordusunun şanlı Zəfəri” məqalələri oxucuların diqqətinə çatdırılır.

Download Template Joomla 3.0 free theme.