Konfransın mövzuları:
1.Nazim Hikmət və Türk ədəbiyyatı
2.Nazim Hikmət və Azərbaycan
3.Nazim Hikmət yaradıcılığının təsir dairəsi
4.Nazim Hikmət fikir və sənət aləmində
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nazim Hikmət – 120” adlı respublika elmi konfransına tezislərin qəbulunu elan edir.
Tezislər Azərbaycan, türk, rus, ingilis dillərində qəbul edilir.
Məruzə tezislərinin qəbuluna dair tələblər:
- Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, sətirlərarası interval 1.5 olmaqla yazılmalıdır;
- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;
- Mətnin kənarındakı boşluqlar:
Sol tərəf – 3 sm;
Sağtərəf – 1 sm;
Yuxarı hissə - 2 sm;
Aşağı hissə - 2 sm.
Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 01 oktyabr 2022-ci ildir.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.
Telefon: +994 55 960 24 70
