Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlərimiz İstanbulda 5-ci İslam Forumunda məruzə ediblər

04 Avqust 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı və institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəl.ü.f.d. Leyla Məlikova 1-6 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci İslam Forumunda iştirak edirlər.



Gülər Qafqazlı Forumda avqustun 3-də “Sovet dövründə Azərbaycan müsəlman qadını” mövzusunda məruzə edib. Leyla Məlikova isə avqustun 4-də “XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Şimali Qafqazda islamın identikliyinin transformasiyasında Nahdanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Şərqşünas alimlərimizin məruzələri Forumda maraqla qarşılanıb.

 

Download Template Joomla 3.0 free theme.