Proqramın sonunda Şərqşünaslıq İnstitutunun əməkdaşları Kral Salman Qlobal Ərəb Dili Akademiyasının müvafiq proqram üzrə sertifikatı ilə təltif olunublar.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun əməkdaşları Səudiyyə Ərəbistanında Dil təkmilləşdirmə proqramında iştirak ediblər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazova və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı Günay Əliyeva Səudiyyə Ərəbistanı Krallığında Ərəb dili və mədəniyyəti üzrə Kral Salman Qlobal Ərəb Dili Akademiyasının 26 aprel-18 iyun 2026-cı il tarixlərində həyata keçirdiyi Dil təkmilləşdirmə proqramında iştirak ediblər. Proqram ərəb dili, Səudiyyə mədəniyyəti və ləhcəsinin təbliği istiqamətində dərslər və gəzintilər vasitəsilə təşkil olunaraq dilin təkmilləşdirilməsi və dilin daşıyıcıları ilə birbaşa ünsiyyətin yaradılmasına xidmət edib.
