Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

15 Sentyabr 2026

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyevanın sədrliyi, “Təhsil” şöbəsinin müdürü f.e.d.,dosent Lalə Bayramovanın və böyük elmi işçi f.ü.f.d. Əzizə İsmayılovanın təşkilatçılığı ilə “Ümumi tarix” və “ Beynəlxalq münasibətlər” ,”Dünya iqtisadiyyatı”, “Sami dillər” ixtisası üzrə fəlsəfə doktorluğu dərəcəsi almaq üçün qəbul imtahanı keçirilib.

15 Sentyabr 2026

Möhtəşəm müsəlman sivilizasiyası kontekstində yaranan böyük intibah misli görülməmiş dini, elmi və mədəni inkişafla müşayiət edilib. Həmin böyük inkişaf nəticəsində müsəlman aləmi elmin bir çox sahələrində – fəlsəfə, riyaziyyat, həndəsə, coğrafiya, astronomiya, incəsənət, ədəbiyyat və poeziyada misli görülməmiş çiçəklənmə dövrünə qədəm qoyub. Mənəvi paklaşma və saflaşma yolunu təbliğ edən cərəyanlar geniş vüsət alıb, müxtəlif sufi təriqətlər yaranıb.

15 Sentyabr 2026

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçiliyimizin taleyini müəyyənləşdirən dönüş nöqtəsi olub. Bu Zəfər Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyinin real məzmun qazanması, ölkənin əsas siyasi-iqtisadi mərkəzi olan Bakının Milli Hökumətin nəzarətinə keçməsi və Azərbaycan-Türkiyə qardaşlığının hərbi-siyasi müstəvidə parlaq təzahürü baxımından xüsusi əhəmiyyət daşıyır.

01 Sentyabr 2026

Türk dövlətləri ilə elmi əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Qırğızıstanla bağlı araşdırmaların aparılması, bu ölkənin alimləri ilə elmi əlaqələrin qurulması istiqamətində mühüm işlər həyata keçirilir.

Download Template Joomla 3.0 free theme.