Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.
Tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq fevralın 26-nın Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu söyləyib, 31 il öncə Xocalıda həyata keçirilmiş hərbi əməliyyat nəticəsində kütləvi qətliam və insanlığa qarşı zəmanəmizin ən dəhşətli cinayətlərindən birinin baş verdiyini deyib.
Xalqımızın XX əsrdə məruz qaldığı Xocalı soyqırımı ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri silsilə cinayətlərinin ən dəhşətlisidir. Bu faciədən əvvəl də Xocalı 1905-ci, 1906-cı, 1917-ci və 1918-ci illərdə erməni təcavüzünə məruz qalıb, yandırılıb və dağıdılıb. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. 1991-ci ilin oktyabrında şəhərin blokadası tam başa çatdırılmışdı. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatı dayandırılmışdı. Xocalıya gedən bütün avtomobil yolları bağlandığından yanvar ayının 28-nə qədər şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi.
Zəmanəmizin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımı XX əsrin digər soyqırım aktları ilə (Xolokost, Babiy Yar, Xatın, Serebrenitsa və s.) müqayisə oluna bilər. Beynəlxalq qanunvericilik bu kimi cinayətləri birmənalı şəkildə soyqırımı hesab edir və onları insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi qiymətləndirir. Azərbaycan rəhbərliyi, hökuməti, Milli Məclisi, ictimaiyyəti, qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlarda və dünya dövlətlərinin parlametlərində Xocalı qətliamına soyqırımı və insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli addımlar atmış və atmaqdadır.
İran kimi teokratik dövlətin müasir dünyada mövcudluğu zamanın inkişaf istiqaməti ilə üst-üstə düşmür
Müasir İranın həm daxili, həm xarici siyasəti ikili standartlar, bəzən isə hətta riyakarlıq üzərində qurulub. İran İslam Respublikası çoxmillətli ölkədir və burada böyüklü-kiçikli 80-dən çox xalq yaşayır ki, bunlar dil, milli kimlik, tarix, ənənə və bəziləri hətta dini məzhəb cəhətdən biri digərindən, o cümlədən farslardan fərqli olsalar da, onların hamısı "iranlı" və ya "İran milləti" adlandırılır. Farslardan əlavə, bu ölkədə 40 milyona yaxın Azərbaycan türkü, 5 milyondan çox kürd, 3-4 milyon ərəb, bəluc, mazandaranlı, gilək, talış, türkmən və sair millətlər yaşayır, ancaq İran əhalisinin böyük əksəriyyətini təşkil edən bu xalqların öz ana dilində bir məktəbi belə yoxdur.
