Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Faidə Omarova və Aygül Mirzəyeva martın 18-də Türkiyənin paytaxtı Ankarada keçirilən V Beynəlxalq Sosial Elmlər Konfransına onlayn qatılıblar.
BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Forum çərçivəsində keçirilən “İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda birinci aralıq sessiyasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova "Müasir Avropada islamofobiya (Fransa nümunəsində): məsələnin qaynaqları, mexanizmləri və iştirakçıları" mövzusunda məruzə edib.
Martın 10-11-də Tunisdə 3-cü “7 qitədə Osmanlı türk çalışmaları” adlı beynəlxalq elmi konfrans keçirilib. Manouba Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşlari - tarix üzrə fəlsəfə doktorları Zülfiyə Vəliyeva və Yaxşıxanım Nəsirova onlayn şəkildə iştirak ediblər.
