Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

17 Fevral 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər və fəlsəfə sahələrinə aid elmi məqalələr dərc olunub.

Jurnalın “Ədəbiyyat” bölməsində Qloballaşma prosesində türk yazıçıların Almaniyada multikultural ədəbiyyatşünaslığın inkişafındakı rolu, Nizami və Şərq folklor ənənələri barədə, eləcə də Ali Ayçilin “Sehirbaz Seyfəddinin son sehri” adlı hekayəsinin təhlilinin aparıldığı məqalələr yer alır.

17 Fevral 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1905-1906-cı illər kütləvi qırğınlar” adlı məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.

14 Fevral 2023

Fevralın 13-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Əvvəlcə iclasda qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi barədə məlumat verib.

13 Fevral 2023

AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın ingilis və fars dillərində “Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabları işıq üzü görüb.

G.Baxşəliyeva bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazdığı və 2021-ci ildə rus dilində nəşr etdirdiyi “Этническая идентичность Низами Гянджеви” kitabını əsl həqiqətləri daha geniş ictimaiyyətə, o cümlədən təhriflərə yol verənlərə və onların mənbələrinə əsaslananlara çatdırmaq məqsədilə bu dəfə ingilis və fars dillərinə tərcümədə nəşr etdirib.

Download Template Joomla 3.0 free theme.