Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

02 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  Əmmar Abbasovun “Erkən islam tarixi məsələləri (VI-VII əsrlər) azərbaycanlı tədqiqatçıların əsərlərində” kitabı işıq üzü görüb.

02 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Xocalı soyqırımı: Bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi adlı məqaləsi” dünya ölkələrinin KİV-lərində türk, ərəb, rus, ingilis və fars dillərində yayımlanıb.

01 Mart 2023

Martın 1-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.

İnstitutun əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev martın 1-nin Ümumdünya Mülki Müdafiə Günü olduğunu qeyd edərək, fövqəladə hallarda müvafiq biliklərə malik olmanın əhəmiyyətindən danışıb.

26 Fevral 2023

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilib.

Download Template Joomla 3.0 free theme.