Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Çar Rusiyanın və digər dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər. 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan onların hərtərəfli himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə dəfələrlə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Mirzə Kazımbəy-220” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransa təqdim edilmiş məruzələrin tezisləri çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, topluda Azərbaycan, Misir, Qazaxıstan, Rusiya və Belarusdan 34 alimin məruzəsinin tezisi dərc olunub. İlk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın konfransda giriş nitqinin mətni təqdim edilir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet çapdan çıxıb. Şuşa haqqında həqiqətləri dünya xalqlarına çatdırmaq məqsədilə bukletin materialları Şərqşünaslıq İnstitutunun əməkdaşları tərəfindən rus, ingilis, türk, ərəb, fars və çin dillərinə tərcümə olunub və Azərbaycan dili ilə yanaşı, ayrı-ayrılıqda qeyd edilən 6 dildə də çap edilib.
