Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

25 Dekabr 2022

1946-cı ilin 12 dekabr günündə (21 Azərdə) İran daxilində ölkənin ərazi bütövlüyünü qorumaq, ondan ayrılmamaq və eyni zamanda öz milli haqq və hüquqlarını təmin etmək şüarı altında Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Azərbaycan Milli Hökumətini qurmuş insanlara – azərbaycanlılara qarşı qeyri-insani hərəkətlər, vəhşiliklər, qətl və qarətlər, bir sözlə misilsiz soyqırımı aktı törədilmişdir. 21 Azər soyqırımının səbəb və nəticələri mövzusunda AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə ilə söhbət etdik.

22 Dekabr 2022

Dekabrın 21-də görkəmli şərqşünas-alimin doğum günüdür. Görkəmli şərqşünas-alim və ictimai xadim, akademik Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq və tarix elmlərinin inkişafına mühüm töhfələr verib. Dünya şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri olan akademik Ziya Bünyadovun həyat və fəaliyyəti parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir. Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə daim öz yüksək peşəkarlığı və orijinallığı ilə fərqlənirdi.

22 Dekabr 2022

В наше время женщины работают наравне с мужчинами в различных сферах и добиваются успехов. Если посмотреть в историю можно увидеть женщин, которые сыграли важную роль в дипломатических отношениях, были лауреатами Нобелевской и других премий, проявили себя в области авиации, внесли вклад в науку и т. д. Одной из таких выдающихся женщин является азербайджанский учёный-офтальмолог, заслуженный деятель науки, доктор медицинских наук, профессор, академик Зарифа Азиз кызы Алиева.

22 Dekabr 2022

Müasir dövrdə qadınlar müxtəlif sahələrdə kişilərlə çiyin-çiyin çalışır və bir çox uğurlara imza atırlar. Belə ki, tarixə nəzər salsaq diplomatik əlaqələr quran, Nobel və digər mükafatlara layiq görülən, aviasiya sahəsində hünər göstərən, elmdə öz töhfəsini verən və s. kimi  qadınları görmək mümkündür. Belə qadınlardan biri də Azərbaycanın görkəmli oftalmoloq-alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevadır.

Download Template Joomla 3.0 free theme.