Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov sentyabrın 18-də Qazaxıstanın Çimkənd şəhərində təşkil edilən 24-cü Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransında onlayn iştirak edib.
Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.
AZƏRTAC bəyanatı təqdim edir:
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Ağdam şəhərində keçirilən Türk Dövlətləri Təşkilatlarının (TDT) Müsəlman dini rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi konfransda “Seyid Yəhya Bakuvi və xəlvətilik: ümumbəşəri dəyərlərin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib.
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinov sentyabrın 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Алкоран или закон магометанский” (“Quran və ya Məhəmmədin qanunu”) kitabının təqdimatını keçirib.
