Azərbaycan və özbək xalqlarının dastanlarında türk xalqlarının əxlaqını, psixologiyasını, adət-ənənələrini, milli-mədəni xüsusiyyətlərini, mübarizə tarixini, düşüncə tərzini görmək olur. Dastanlarda təsvir olunan qadın tipləri qadının cəmiyyətdəki yerini və dəyərini göstərir və türk qadınlarının keçmişdəki yaşamları haqqında təsəvvürə malik olmağa, eləcə də cəmiyyətdə qadının rolunu müəyyənləşdirməyə kömək edir. Məqalədə Azərbaycan və özbək xalqlarının qəhrəmanlıq dastanlarındakı qadın obrazlarının oxşar xüsusiyyətlərindən bəhs edilir. Aparılan müqayisələr zəminində qadının türk xalqlarının qəhrəmanlıq və mədəniyyət tarixindəki yeri elmi ədəbi müstəvidə müəyyən edilir.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünas alim Türkiyədə nəşr olunan elmi jurnalda Azərbaycan və özbək türklərinə aid dastanlarda qadın obrazlarının özəlliklərindən yazıb
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın "Azərbaycan və özbək türklərinə aid dastanlarda qadın obrazlarının özəllikləri" adlı məqaləsi Türkiyədə "Orta Doğu ve Orta Asya-Kafkaslar Araştırma ve Uygulama Merkezi Dergisi”ndə dərc olunub.
