Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İyunun 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda Qurtuluş günü qeyd olunub.Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailəri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 16.06.2023-cü ildə Ədəbiyyatşünaslıq (Yaxın və Orta Şərq) ixtisaslaşması üzrə I kurs magistrantlar "Yaxın və Orta Şərq (Qədim dövr)" fənni üzrə növbəti imtahan keçirilib. İnstitutun baş direktoru akademik G.B.Baxşəliyevanın rəhbərliyi və Təhsil şöbəsinin müdiri f.ü.f.d.dos. L.M.Bayramovanın təşkilatçılığı ilə imtahanda fənn müəllimləri Lalə Bayramova və Əzizə İsmayılova, nəzarətçi və tələbələr iştirak ediblər.
Azərbaycan elminə ağır itki üz verib. Görkəmli şərqşünas alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev 11 iyun 2023-cü il tarixində dünyasını dəyişib.
