Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Akademik Gövhər Baxşəliyevaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı təqdim edilib

28 Mart 2024

Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə keçirilmiş “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.

Təltif olunanlar sırasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva da var. Yubiley medalının akademik Gövhər Baxşəliyevaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.

Download Template Joomla 3.0 free theme.