Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
2023-cü il dekabrın 8-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva institutun 2023-cü ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.
Dekabrın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan elminin inkişafında “Azərbaycanı Tədqiq və Təttəbbö Cəmiyyəti”nin rolu” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanda elmin daha da inkişafı üçün elmi mərkəzə ehtiyac duyulduğu bir vaxtda 1923-cü ildə bu istiqamətdə ilk cəhd kimi yaradılan “Azərbaycanı Tədqiq və Təttəbbö Cəmiyyəti”nin həmin ilin 2 noyabrında 40 nəfərə qədər görkəmli alim və mütəxəssisin iştirakı ilə yaradıldığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində DTX-nın Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı yubileyinə həsr olunmuş "Dövlət Təhlükəsizliyi Xidməti Ulu Öndər irsinin daşıyıcısıdır" adlı respublika elmi-praktik konfrans keçirilib.
Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşunaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının ərəb ölkələri ilə çoxtərəfli münasibətləri" mövzusunda elmi məruzə edib.
Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsi 1976-cı ildə yaradılıb və həmin dövrdən 1992-ci ilə qədər professor Aida İmanquliyeva rəhbərlik edib. Məhz o dövrdə Ərəb filologiyası şöbəsi elmi fəallıq baxımından yüksəliş əldə edib. Görkəmli alimin rəhbərliyi ilə bir sıra namizədlik dissertasiyaları müdafiə edilib, ərəb ədəbiyyatının müxtəlif sahələrini əhatə edən kitab və monoqrafiyalar həm Azərbaycan, həm də rus dillərində çap olunub. Aida xanım ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində bir neçə fundamental əsərin müəllifi kimi çıxış edərək Azərbaycan şərqşünaslıq elminin inkişafına töhfə verib. Alimin “Qələmlər birliyi” və Mixail Nuaymə” adlı əsərləri ərəb məhcər ədəbiyyatının meydana gəlməsindən, xüsusilə XX əsrin 20-ci illərində Nyu-York şəhərində yaşayan mühacir ərəb yazıçıları tərəfindən yaradılan “Qələmlər birliyi” adlı cəmiyyətin yaranma və inkişaf tarixindən bəhs edir. Görkəmli alimin “Yeni ərəb ədəbiyyatının korifeyləri” əsəri isə ərəb ədəbiyyatının tədqiqi sahəsində əsl töhfədir.
