Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

01 Mart 2024

Martın 1-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “İnnovasiya texnologiyaları mülki müdafiə xidmətində” mövzusunda tədbir keçirilib.

İnstitutun əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev martın 1-nin Ümumdünya Mülki Müdafiə Günü olduğunu qeyd edərək, fövqəladə hallarda müvafiq biliklərə malik olmanın əhəmiyyətindən danışıb və Mülki Müdafiə Gününün tarixi barədə məlumat verib.

 

İnstitutun əməkdaşı İbrahim Bağırov tədbirdə “İnnovasiya texnologiyaları mülki müdafiə xidmətində” mövzusunda çıxış edib.

Tibb manqasının komandiri Gülşən Həmidli yeni tibb avadanlıqlarını nümayiş etdirərək, onların istifadəsi barədə məlumat verib. Yanğınsöndürmə manqasının komandiri Aslan Həbibov fövqəladə hallar şəraitində yanğınsöndürmə vasitələrinin istifadəsindən danışıb.

Tədbirdə həmçinin mülki müdafiə əmlakının, radiometrik və dozimetrik nəzarət cihazlarının, eləcə də yeni alınmış  QP-5 əleyhqazlarının və tibbi maskaların sərgisi təşkil olunub və əməkdaşlara onların iş prinsipi barəsində məlumat verilib. Mövzu ilə əlaqədar videomateriallar da nümayiş etdirilib.                                                                                                                     

 

Download Template Joomla 3.0 free theme.