Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

01 Dekabr 2023

Noyabrın 30-da AMEA-nın Rəyasət Heyətində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Tədqiq və Tətəbbö Cəmiyyəti: diyarşünaslıq araşdırmalarından fundamental elmi tədqiqatlaradək” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva Azərbaycan elminin və mədəni-maarif işinin inkişafında böyük rol oynamış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş konfransın əhəmiyyətini qeyd edib.

28 Noyabr 2023

Noyabrın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Azərbaycanla Qırğızıstan arasında münasibətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da genişləndiyini, bu əlaqələrin siyasi, ictimai, mədəni sahələrdə yüksək vüsət aldığını bildirib. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun anadan olmasının 95 illiyinin Azərbaycanda da mədəni əlaqələr çərçivəsində geniş qeyd edildiyini deyən R.Cümşüdlü, Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya üzrə geniş tədqiqatların aparıldığını bildirərək, görkəmli qırğız yazıçısının yubileyi ilə bağlı tədbirin təşkilinə və bu mövzuda elmi seminar keçirilməsinə qərar verildiyini vurğulayıb.

25 Noyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova noyabrın 23-24-də Türkiyənin Ədirnə şəhərində Trakya Universitetinin təşkil etdiyi III Beynəlxalq Osmanlı İzləri Simpoziumunda iştirak edib. Şərqşünas alim onlayn qatıldığı simpoziumda “Osmanlı dövlətinə göndərilmiş bir hədiyyə: Kəşfü'l Həqayiq" kitabı” adlı məruzə ilə çıxış edib.

Məruzədə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müqəddəs kitabımız Quran-i Kərimin Azərbaycan türkcəsində təfsirinin 3 cildlik nəşrinin Osmanlı sultanı II Əbdülhəmid xana göndərilməsini əks etdirən Osmanlı arxiv sənədlərindən bəhs olunub. Məruzəçi bu məlumatların 4 sənəddə qeyd olunduğunu bildirib, bəzi hissələrin tərcüməsini göstərib və H.Z.Tağiyevin xeyriyyəçilk fəaliyyəti haqqında geniş məlumat verib.

22 Noyabr 2023

Bu günlərdə “Elm” nəşriyyatı tərəfindən Ümummilli Lider, Müstəqil Azərbaycanın banisi və memarı, Böyük Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş daha bir kitab – akademik Gövhər Baxşəliyevanın “Unudulmaz Lider” kitabı işıq üzü görmüşdür. “Heydər Əliyev İli” çərçivəsində nəşr olunan kitabda Ulu Öndərin çoxşaxəli, yorulmaz və zəngin fəaliyyəti, Azərbaycana və xalqımıza fədakarcasına xidməti əks edilmişdir.

Kitabda Ulu Öndərin şəxsiyyəti və titanik fəaliyyətinə aid məsələlər o hadisələrin canlı şahidi olan müəllifin çoxsaylı məqalələrində, müsahibələrində və xatirələrində əksini tapmışdır. Burada Ümummilli Liderin fəaliyyətinin müxtəlif dövrləri barədə fikirlər yer almışdır.

Download Template Joomla 3.0 free theme.