Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

02 Yanvar 2024

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.

Dekabrın 25-də baş tutan növbəti mühazirədə institutun Ərəb filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülşən Həmidli “Azərbaycanda ərəb dilçiliyi” mövzusunda çıxış edib. Mühazirədə ərəb dilçiliyinin Azərbaycanda inkişaf mərhələləri haqqında bəhs edilərkən ərəb filologiyasının, o cümlədən, ərəb dilçiliyinin inkişafında Azərbaycan alimlərinin mühüm rol oynadığı qeyd edilib.

28 Dekabr 2023

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları – böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı ilə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabani haqqında söhbət etdik.

25 Dekabr 2023

“Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzi tərəfindən dekabrın 23-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “AZLİNG 2023-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstititunun əməkdaşları – Faidə Omarova, Aygül Mirzəyeva və Ülviyyə Eminova da iştirak ediblər.

25 Dekabr 2023

18-22 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub.

18-22 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub.

Layihədə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı Nazim Mənsimov da iştirak edib.

Download Template Joomla 3.0 free theme.