Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Elman Quliyevin Bakıda türk dilində “Haydar Aliyev ve Türk Dünyası” adlı kitabı çapdan çıxıb.
Kitabda Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı fikirləri təhlil edilib. Eyni zamanda Ulu Öndərin ümumtürk mədəniyyəti nümunəsində türk xalqları ədəbiyyatı məsələlərini dəyərləndirməsi təhlil edilib.
Dekabrın 11-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Heydər Əliyev və azərbaycançılıq ideyası" mövzusunda elmi sessiya keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov dekabrın 4-6-da Mərakeşin Rabat şəhərində İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Çinin Shanxay Universiteti ilə birgə keçirdiyi Beynəlxalq İpək yolu Forumunda iştirak edib.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
Dekabrın 8-də baş tutan növbəti mühazirə zamanı tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü mühazirələrin məqsədini açıqlayıb və sözü mühazirəni söyləmək üçün filologiya üzrə fəlsəfə doktoru Xanım Abdullayevaya verib.
